EN

Lunin yeni müqavilədən sonra nə qədər qazanacaq?

''Real'' Andrey Luninlə müqaviləni yeniləyib.

İstedadlı ukraynalı əlcək sahibi ilə 2030-cu ilə qədər yeni anlaşma əldə olunub. Ötən mövsüm bilindiyi kimi 25 yaşlı qapıçı Madrid nəhənginin həm İspaniya çempionatını, həm də Çempionlar Liqasını qazanmasında mühüm rol oynamışdı. Zədəli Tibo Kurtuanı uğurla əvəzləyən Lunin 32 rəsmi oyuna çıxmış və onların 12-də qapısını toxunulmaz saxlamışdı. Amma Kurtuanın qayıdışından sonra o yenidən ikinci qapıçı statusu ilə barışmalı olub. Bu üzdən bu yay Luninin ayrılacağı ilə bağlı çoxlu şayiələr yayılmışdı. Amma göründüyü kimi bu qapıçı Madriddəki karyerasını davam etdirmək qərarına gəlib.

Yeri gəlmişkən, yeni müqavilənin ardından ukraynalının məvacibi də əhəmiyyətli dərəcədə artıb. Lunin artıq illik 2,5 milyon avro yox, 4,5 milyon avro qazanacaq! Buna baxmayaraq onun maaşı hələ də Kurtuanın maaşından iki dəfə azdı. Ünlü belçikalı qapıçı ''Real''da illik 9 milyon avro qazanır.

ƏLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources