EN

Qərbi Afrika ümumi pasport sistemi tətbiq edəcək

Qərbi Afrika ölkələri Mali, Niger və Burkina Fasodan ibarət Sahel Dövlətləri Alyansı (AES)  əməkdaşlıq və təhlükəsizliyi artırmaq üçün ortaq pasport sistemi tətbiq edəcəyini açıqlayıb.

Bakıvaxtı.az "Hurriyet"ə istinadən xəbər verir  ki, bu barədə Sahel Dövlətləri Alyansının (AES) prezidenti və Malidəki keçid hökumətinin lideri Assimi Goita açıqlama verib.

Onun sözlərinə görə, sözügedən qərar üç ölkə arasında hərəkətliliyi asanlaşdıracaq:

"AES regional tərəfdaşlarla yanaşı, beynəlxalq tərəfdaşlarla da danışıqlara açıqdır. Üç ölkə arasında əməkdaşlıq terrorçu qrupları əhəmiyyətli dərəcədə zəiflətməklə yanaşı, həm də regionda təhlükəsizliyin artırılmasına töhfə verib".

Qeyd edək ki, ötən il Mali, Niger və Burkina Faso Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyindən (ECOWAS) çıxmaq qərarına gələrək, Sahel Dövlətləri Alyansını (AES) qurdular. Üç ölkə iyulun 6-da Nigerin paytaxtı Niameydə ilk sammitini keçirib. Sammitdə 3 ölkədən ibarət “Sahel Dövlətləri Konfederasiyası”nın yaradılması ilə bağlı birgə bəyannamə imzalanıb. Mali prezidenti Assimi Qoita isə 1 il müddətinə AES-in müddətli prezidenti seçilib.

Gülşən Şərif

Chosen
24
3
bakivaxti.az

4Sources