Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycanda səfərdə olan “Dubai Port World” şirkətinin baş icraçı direktoru Raj Jit Singh Uallia ilə görüşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə nazir öz "X" hesabında paylaşım edib.
"Dünyada tanınmış liman operatorunun nümayəndələri ilə tranzit daşımaları sahəsində əməkdaşlığı nəzərdən keçirdik.
Azərbaycan üzərindən keçən tranzit dəhlizlərinin səmərəli fəaliyyəti üçün birgə daşıma texnologiyalarının hazırlanması və digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə etdik", - nazir qeyd edib.