EN

Azərbaycan vətandaşlarımıza görə Rusiyaya  etiraz notası verib

Nihad Rzayev, Elxan Şirinov və Vüqar Məhərrəmovun Ukraynadakı döyüş bölgəsinə məcburi göndərilməsi ilə bağlı Azərbaycan Rusiyaya nota verib.

Ötən gün Azərbaycan mətbuatında soydaşlarımızı qanunsuz olaraq Ukrayna müharibəsinə göndərmək istədikləri barədə məlumat yayılmışdı, göründüyü kimi, bizim Xarici İşlər Nazirliyi bu işə çox tez reaksiya verdilər.

May ayından Çeçenistana işləməyə gedən Nihadın atası Tovuz rayon sakini Tafdiq Rzayev Qafqazinfo”ya məlumat veriib ki, oğlu Rzayev Nihad Tafdiq oğlu, eləcə də kürəkənləri Elxan Əkbər oğlu Şirinov və Vüqar Nazim oğlu Məhərrəmov miqrasiya problemlərinə görə həbs olunublar və hərbçilərin təzyiqi ilə onları Ukraynadakı döyüş bölgəsinə göndərmək istəyirlər.

“Qafqazinfo” Çeçenistanın paytaxtı Qroznıda yerləşən “Şimal Axmat” hərbi hissəsində saxlanılan Elxan Şirinov və Vüqar Məhərrəmovla əlaqə saxlayıb.

Sənədi zorla imzalamağa məcbur edilən Elxan Şirinovun sözlərinə görə, ümumilikdə 5 azərbaycanlı saxlanılıb:

“Biz ikimiz (Vüqar Məhərrəmov və Elxan Şirinov - red.) indi hərbi hissədəyik, digər üç nəfər həbsdədir, o cümlədən Nihad. İki azərbaycanlını əvvəllər bura gətiriblər. Yəqin ki, onları da imza atmağa məcbur edəcəklər. Biz üç nəfəri münasib olmayan sənədlərə görə miqrant kimi saxlayıblar. Təcridxanada bizə orduya qoşulmağı təklif etdilər, lakin biz imtina etdik. Bundan sonra bizi boş sənəd imzalamağa məcbur etdilər və kifayət qədər biliyimız olmadığı üçün onu imzaladıq. Sonra bizi indi olduğumuz hərbi hissəyə gətirdilər. Bizə dedilər ki, qaçmağa çalışsaq və ya imtina etsək, çölə aparıb güllələcəyik. Bizi zirzəmiyə atdılar və bizə işgəncə verirlər. Niyə və kimə görə Ukraynaya döyüşməyə getməliyəm? Çeçenistan Nazirinin və müavininin adı ilə təhdid olunduq."

Uşaqlarımıza qarşı bu özbaşınalığa sürətli reaksiya verdikləri üçün Xarici İşlər Nazirliyinin işçilərinə təşəkkür etmək istəyirik və ümid edək ki, xaricdə çətin vəziyyətə düşən həmyerlilərimizin taleyinə bundan sonra da həmişə eyni reaksiya olacaq.

Chosen
10
oxumeni.az

1Sources