İspaniyanın "Real" klubunun futbolçusu Brahim Dias zədələnib.
"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı yarımmüdafiəçi La Liqanın 5-ci turunda “Real Sosyedad”la oyunda (2:0) sağ budundan zədələnib. Bu səbəbdən o, matçın 25-ci dəqiqəsində Rodriqo ilə əvəzlənib.
"Marca"nın məlumatına görə, yarımmüdafiəçinin sağalma prosesi üç ay çəkə bilər.
Qeyd edək ki, B.Dias cari mövsümdə İspaniya çempionatında meydana çıxdığı 5 matçda 1 qol vurub və məhsuldar ötürmə edib.