EN

Rusiya Silahlı Qüvvələrində şəxsi heyətin sayı artırılıb

Rusiya Prezidenti Vladimir Putin ölkə Silahlı Qüvvələrinin (SQ) şəxsi heyətinin sayının 180 min nəfər artırılması haqqında fərman imzalayıb.

“Report”un Rusiya bürosunun məlumatına görə, sənəd dekabrın 1-dən qüvvəyə minir.

Beləliklə, Rusiya Silahlı Qüvvələrinin ştat sayı 1,5 milyon hərbi qulluqçu da daxil olmaqla 2 389 130 nəfərə çatdırılıb.

Sonuncu dəfə Rusiya Silahlı Qüvvələrinin ştat sayı 2023-cü ilin dekabrında dəyişib. O zaman bu say 170 min nəfər artırılaraq 2 209 130 nəfərə çatdırılıb.

Chosen
3
14
far.az

10Sources