EN

Rut Trampın tərəfdarı olub- “The Telegraph”

Bu fikirlər Britaniyanın “The Telegraph” nəşrində dərc olunan məqalədəndir.

Trampın qolf meydançası niyə tam mühafizə olunmayıb?
Qeyd edilib ki, Rut sosial mediada xeyli aktiv imiş. Rayan həmçinin "X" səhifəsində Trampın sələfinfən daha yaxşı prezident olacağı ümidi ilə 8 il əvvəl ona səs verdiyini yazıb.

“2016-cı ildə sizi seçəndə mən və bütün dünya namizəd Trampın fərqli və daha yaxşı prezident olacağına ümid edirdik. Lakin biz hamımız xeyli məyus olduq. Deyəsən siz getdikcə daha da pisləşir və deqradasiyaya uğrayırsınız”, – nəşr paylaşımdan sitat gətirib.

Xatırladaq ki, dünən ABŞ-nin sabiq prezidenti Donald Trampa qarşı növbəti sui-qəsd cəhdi olub. Rayan Uesli Rut adlı şəxs Trampı güllələməklə bağlı plan qursa da sui-qəsdin qarşısı vaxtında alınıb. Xarici KİV yazır ki, Rut Rusiyanın Ukraynaya hücumundan sonra sosial şəbəkələrdə Ukraynaya aktiv şəkildə dəstəyini ifadə edirmiş.


Tural Tağıyev
AzVision.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
7
azvision.az

1Sources