EN

Tıxacda qalan Bakı: Problemdən çıxış yolu görünmür?

Bu gün səhər saatlarında paytaxtın müxtəlif küçə və prospektlərində uzun tıxaclar yaranıb. 

Buna səbəb isə yeni tədris ilinin başlamasıdır. Tıxacları aradan qaldırmaq və təhsil ocaqlarının yaxınlığında yollarda sıxlığın yaranmaması məqsədilə tədbirlər görülüb.

Lakin görünən odur ki, həm şəhər əhalisinin sayının artması, həm yollarda avtomobil sayının artması bu tıxacları qarşıdakı müddətdə də qaçılmaz edəcək. Belə olan halda həm məktəbli, tələbə dərsə, işçilər isə işinə gecikməli olacaq.

Bu gün həllini tapmayan tıxac problemini necə aradan qaldırmaq olar?

Nəqliyyat eksperti Aslan Əsədov "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, qrafiki dəyişdirməklə tıxacları azaltmaq mümkündür:

"Bunun üçün həm məktəblərdə, həm iş yerlərində növbəli sistemə keçmək lazımdır. Ölkəmizdə bir neçə məktəb artıq növbəli sistemə keçid edib. Təəssüf ki, bu bütün məktəbləri əhatə etmir.

Hamısı bu sistemə keçsə, o zaman sıxlıq da azalar. Yəni, saat 9:00 üçün keçirilməli olan dərs 1 saat sonraya çəkilsə, eyni sxem başqa saatlarda iş qrafiki üçün də təyin edilsə, sıxlıq az da olsa, aradan qalxar. Bizim tıxacların azaldılması ilə bir neçə təklifimiz olub. 

Həm məktəbdəki dərs saatlarının, həm də iş saatlarının dəyişdirilməsi bu təkliflər sırasında yer alıb. Gur saatlarda hərəkətin tənzimlənməsi və buna nəzarət edilməsi ilə bağlı təkliflərlə çıxış etmişik.

Həm yeni tədris ili, həm “Formula-1” yarışı ilə bağlı bəzi yolların bağlı olması tıxac vəziyyətini artırmış ola bilər. 

Saatlarda edilən dəyişikliklə bu sıxlığa az da olsa, çarə qıla bilərik".

Chosen
12
1
cebheinfo.az

2Sources