Rusiya prezidenti Vladimir Putin Silahlı Qüvvələrin sayını 1,5 milyon hərbi qulluqçu da daxil olmaqla 2 milyon 389 min 130 nəfərə çatdırıb. Bununla bağlı fərman bazar ertəsi, sentyabrın 16-da hüquqi aktlar portalında dərc olunub. Məlumatı “Anadolu” verib.
Dövlət başçısı “Müdafiə haqqında” 31 may 1996-cı il tarixli 61-FZ nömrəli Federal Qanunun 4-cü maddəsinə uyğun olaraq bu qərarı qəbul edib. Putin Rusiya Federasiyası Hökumətinə bu Fərmanın 1-ci bəndinin icrası üçün zəruri olan federal büdcədən ölkənin Müdafiə Nazirliyinə büdcə ayırmalarını təmin etməyi tapşırıb.
Bununla da “Rusiya Federasiyası Prezidentinin 2023-cü il 1 dekabr tarixli 915 nömrəli “Rusiya Federasiyası Silahlı Qüvvələrinin ştat səviyyəsinin müəyyən edilməsi haqqında” Fərmanı qüvvədən düşmüş hesab edilib. Rusiya Federasiyası Prezidentinin yeni fərmanı 2024-cü il dekabrın 1-dən qüvvəyə minir.
Silahlı Qüvvələrin şəxsi heyətinin sayında sonuncu dəfə 2023-cü ilin dekabrında dəyişiklik edilib. Bundan sonra Silahlı Qüvvələrin sayı 1 320 000 hərbi qulluqçuda daxil olmaqla 2 209 130 nəfərə çatdırılıb.
P.ƏMİRCANOV
XQ