Gürcüstan baş naziri İrakli Kobaxidze Azərbaycanla Ermənistan arasında sülh prosesini müsbət qarşılayır.
“Operativ Media” xəbər verir ki bu barədə Ermənistan KİV məlumat yayıb.
"Gürcüstan Cənubi Qafqazda sabitliyi və dinc yanaşı yaşamanı dəstəkləyir" – deyə baş nazir vurğulayıb.
Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan Gürcüstanda işgüzar səfərdədir.