EN

Azərbaycan düşmənlərini pərişan etməyi gözəl bacarır və edəcək də... - AÇIQLAMA

"Azərbaycanın mövcud mürəkkəb beynəlxalq münasibətlər sistemində uğurlara imza atması qlobal səviyyədə aktuallıq kəsb edən məsələlərin həllinə töhfələr verməsi bəzi Qərb dairələri tərəfindən həzm edilə bilmir. Bu qüvvələrAzərbaycanın güclənməsində maraqlı olmadığından öz ənənələrinə sadiq qalaraqölkəmizin nüfuzuna xələl gətirmək üçün qarayaxma kampaniyasına rəvac verməkdədirlər. Onlar bunun üçünxristian səlibçiliyindən, islamafobiyaya kimi bütün faktorlardan istifadə edirlər".

Bunu Ölkə.Az açıqlamasında deputat Cavanşir Feyziyev deyib.

Deputat bildirib ki, Azərbaycanın uğurla hazırlaşdığı qlobal iqlim dəyişikliyinə qarşıCOP29 Zirvə toplantısı yaxınlaşdıqca bu qüvvələr dahafəallaşmaqdadır. "Çünki həmin qüvvələr Azərbaycanın qlobal iqlim dəyişikliyi sahəsinə də ciddi töhfələr vermək qabliyyıtinə və potensialına malik olduğunu görürlər.Prezident İlham Əliyevinhər zaman qlobal çağırışlara çevikreaksiya verərək Azərbaycanın nəinki iqtisadi gücü və qüdrətinin artmasına, həmçinin büynəlxalq münasibətlər sistemindəciddi rol oynayan böyük nüfuza malik ölkəyə çevrilməsinə nail olub. Cənab Prezidentqlobal çağırışlaırn növbəti mərhələsi kimi,"yaşıl enerji" və "yaşıl iqtisadiyyata"keçid istiqamətində də çeviksiyasət yürütməkləbeynəlxalq münasibətlər sistemindəAzərbaycanınciddi aktor roluna malik bir ölkə olduğunu ortaya qoyub. Bu da təbbi ki, Qərbdəki anti-Azərbaycangücləri ciddi narahat edir. Onlar Azərbaycanın bu sahədə dəböyük potensiala malik olduğunu bilirlər. Bu baxımdan Azərbaycanın həm güclənməsinə, həm dəbeynəlxalq nüfuzunakölgə salmağa çalışırlar. Elə son vaxtlarda Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Azərbaycana dair açıqladığı səyahət xəbərdarlığı, AŞPA-nın almaniyalı deputatı Frank Şvabenin ölkəmizə qarşı əsassız və qərəzli açıqlamalarla çıxış etməsi bunun bariz nümunəsidir. Əslində bu cür hücumlarAzərbaycanüçün yenilik deyil.Azərbaycan illərdirbelə hücumların, qərəzli siyasətin şahidi olmaqdadır. Qərbin Azərbaycanın uğurlarına kölgə salmaq üçün çıxmadıqları oyunlar qalmayıb. Biz növbəti dəfə bu cür sifarişlər əsasında ölkəmizə qarşı əsassız və qərəzli fəaliyyətin şahidi oluruq", - o qeyd edib.
Deputat onu da əlavə edib ki,bu ölkələr bir zamanlarErmənistanın işğlaçılıq siyasətinədəstəkverirdilərsə, indi dəErmənistanı yenidən silahlandırma yolunu seçməklə Cənubi Qafqazdadayanıqlı sülhə, sabitliyə və əməkdaşlığa mane olubgərginlik yaratmaq istəyirlər: "Amma bu qüvvələr indiyədək Azərbaycanı tutduğu yoldan döndərə bilməybilər və bundan sonra da döndərməsi qeyri-mümkündür. Azərbaycannövbəti uğurlara imza atmaqla həmin Qərbdəki dairələrin oyunlarını iflasa uğradacaq. Azərbaycan düşmənlərini, istəməyənləribeynəlxalq miyqasdasülhə, sabitliyə. inkişafı. təhlükəsizlik sisteminə verdiyi real töhfə ilə məyus etməyi çox gözəl bacarır. Azərbaycannövbəti mərhələlərdə də yürütdüyüsiyasətlə nəinki dövlətin güclənməsi və qüdrətlənməsinə nail olacaq, eyni zamanda beynəlxalq münasibətlərə sistemində yeni-yeni qələbələrə imza atmaqla düşmənlərini pərişan edəcək".

Mürtəza

Chosen
22
10
turkustan.az

9Sources