EN

Hadrut və Tuğda yolların tikintisi "İnşaatçı-Neftçi" şirkətinə tapşırıldı - 13 MİLYONLUQ MÜQAVİLƏ

Xocavənd rayonunun Hadrut qəsəbəsi və Tuğ kəndində daxili yolların tikintisi üçün 13 milyon manata yaxın vəsait xərclənəcək.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti bununla bağlı sentyabrın 16-da tender keçirib.

Hadrut qəsəbəsi və Tuğ kəndinin sahədaxili mühəndis kommunikasiyaları sistemləri (su, kanalizasiya və qaz xətləri), daxili yol və səkilərin tikinti-quraşdırma işlərinin satın alınması üzrə tenderin qalibi "İnşaatçı-Neftçi" MMC seçilib. Şirkətlə 12 milyon 933,4 min manat dəyərində müqavilə imzalanıb.

Qeyd edək ki, "İnşaatçı-Neftçi" MMC 2003-cü ildə dövlət qeydiyyatına alınıb. Onun qanuni təmsilçisi Faiq Zeynalov Səmid oğlu, nizamnamə kapitalı isə cəmi 10 manatdır.

© APA

İnşaatçı-Neftçi
Chosen
17
11
marja.az

10Sources