EN

Polad Bülbüloğlu “Mətbuatın dostu” xatirə medalı ilə təltif olunub

Moskva, 16 sentyabr, AZƏRTAC

Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu TASS-ın “Mətbuatın dostu” xatirə medalı ilə təltif olunub.

AZƏRTAC xəbər verir ki, medal Müstəqil Dövlətlər Birliyinin Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (MDB İnformasiya Şurası) XXXII iclası çərçivəsində verilib. TASS-ın baş direktoru Andrey Kondraşov Azərbaycanın səfirinə fəxri nişan və diplom təqdim edib.

“Mətbuatın dostu” medalı TASS tərəfindən təsis edilib və kütləvi informasiya vasitələri ilə münasibətlərdə açıqlıq və xeyirxahlığa görə dövlət və ictimai xadimlərə verilir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
3
8
azertag.az

10Sources