EN

Yaxın 20 ildə dünyanın 70 faizi ekstremal hava dəyişiklikləri ilə üzləşəcək

Yeni araşdırmaya görə, dünya əhalisinin üçdə ikisi yaxın 20 ildə ekstremal hava dəyişiklikləri ilə üzləşəcək.

İqtisadiyyat.az xəbər verir ki, Norveçdəki Beynəlxalq İqlim Tədqiqatları Mərkəzi (CICERO) bu barədə araşdırma aparıb.

Bildirilib ki, ən yaxşı ssenaridə belə, sürətli dəyişikliklərin 1,5 milyard insana təsir edəcəyi gözlənilir.

Bununla belə, istixana qazı emissiyalarını sürətlə azaltmaqla mümkündür. Əgər bu baş verməsə, təhlükəli hava dəyişiklikləri dünya əhalisinin 70 faizinə təsir edəcək.

Dünya artıq bu ekstremal hava hadisələrinin nümunələrini yaşayır. Belə ki, bu yay Şimal yarımkürəsində qeydə alınmış ən isti yay olub. Cənub yarımkürəsi isə tarixinin ən isti qışlarından birini yaşayıb.

Qlobal temperatur artımı yanğın, daşqın, tufan və quraqlıq kimi fəalkətləri tətikləyir, kənd təsərrüfatı məhsullarını məhv edir, yoxsulluğun və xəstəliklərin artmasına səbəb olur.

 

Gözəl Həşimova

Chosen
12
iqtisadiyyat.az

1Sources