EN

Qərbi Afrika ölkələri ümumi pasport sisteminə keçməyi planlaşdırır

Qərbi Afrika ölkələri ümumi pasport sisteminə keçməyi planlaşdırır

Qərbi Afrika ölkələri Mali, Niger və Burkina Fasodan ibarət Sahel Dövlətləri Alyansı (AES) öz aralarında əməkdaşlıq və təhlükəsizliyi artırmaq üçün ortaq pasport sistemi tətbiq edəcəklərini açıqlayıb.AFN.az-ın xəbərinə görə, AES-in prezidenti və Malidəki keçid hökumətinin lideri Assimi Qoita AES-in yaradılmasının birinci ildönümü ilə əlaqədar bir televiziya kanalına verdiyi açıqlamada üç ölkə arasında hərəkətliliyi asanlaşdıracaq birgə biometrik pasport tətbiqini işə salacaqlarını söyləyib.Bölgədə terror qruplaşmalarına qarşı mühüm nailiyyətlər əldə etdiklərini qeyd edən Qoita AES-in regional tərəfdaşlarla yanaşı beynəlxalq tərəfdaşlarla da danışıqlara açıq olduğunu bildirib.Assimi Qoita həmçinin AES-in birgə televiziya kanalı yaradacağını bildirib.Qeyd edək ki, Mali, Niger və Burkina Faso keçən il Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyindən (ECOWAS) çıxmaq qərarına gəliblər və Sahel Dövlətləri Alyansını (AES) qurublar.Xatırladaq ki, üç ölkə iyulun 6-da Nigerin paytaxtı Niameydə ilk sammitini keçirib. Sammitdə 3 ölkədən ibarət “Sahel Dövlətləri Konfederasiyası”nın yaradılması ilə bağlı ortaq bəyannamə imzalanıb və Mali prezidenti Assimi Qoita 1 il müddətinə AES-in müddətli prezidenti seçilib.

Chosen
27
3
afn.az

4Sources