Sentyabrın 25-də Ukrayna prezidenti Vladimir Zelenski BMT Baş Assambleyasında çıxış edərək, Ukrayna üzrə sülh planını təqdim edəcək.APA-nın xəbərinə görə, bu barədə “Voice of America” məlumat yayıb.Bundan bir gün öncə isə yüksək tribunadan ABŞ prezidenti Co Baydenin müraciəti gözlənilir.Qeyd edək ki, bir qədər əvvəl “Politico” Baş Assambleya çərçivəsində uzaqmənzilli raketlərdən Rusiya ərazisinə zərbələr endirilməsinə icazə verilə biləcəyini açıqlayıb.