EN

"Varidat Group"a ağır ittiham - Külli miqdarda cərimə oluna bilər

"Varidat Group" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) idarəçilik qaydaları əleyhinə olan (Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması) inzibati xəta protokolu tərtib olunub.

Valyuta.az-ın məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 598.7-ci  maddəsinə əsasən, bu Məcəllənin 598.1-ci və 598.4-cü maddələrində nəzərdə tutulmuş xətaların qeyri-maliyyə institutları və peşə sahibləri tərəfindən törədilməsinə görə vəzifəli şəxslər 800 manatdan 1500 manatadək, hüquqi şəxslər 8000 manatdan 15000 manatadək məbləğdə cərimə edilir.

İş Yasamal Rayon Məhkəməsinin hakimi Mirsadiq Seyidovun icraatındadır. 

Sadiq İsbəndərli

Chosen
39
1
valyuta.az

2Sources