EN

Gürcüstan və Azərbaycanda orta aylıq əmək haqqı – 155 dollar fərq var

Gürcüstan və Azərbaycanda orta aylıq əmək haqqı – 155 dollar fərq var




Bu ilin ilk yarısının yekununa olan məlumata görə, Gürcüstanda orta aylıq nominal əmək haqqı 2 min 4,9 lari (745 dollar) olub.Yeniavaz.com xəbər verir ki, bu barədə Gürcüstan Statistika Xidməti məlumat yayıb.Bildirilir ki, Gürcüstanda orta aylıq nominal əmək haqqı ötən ilin eyni dövrü ilə müqayisədə 11,1% və ya 200,4 lari artıb.Açıqlanan məlumatda həmçinin qeyd olunur ki, paytaxt Tblisidə orta aylıq nominal əmək haqqı 2 min 354,8 lari (875 dollar) təşkil edib.Onu da bildirək ki, Gürcüstanda qadınlarla kişilərin əmək haqqı arasında böyük fərq var. Kişilərin orta aylıq əmək haqqı 2 413,5 lari (897 dollar), qadınların orta aylıq əmək haqqı isə 1 590,2 lari (591 dollar) olub.Müqayisə üçün qeyd edək ki, Dövlət Statistika Komitəsinin bu ilin ilk yarısının yekununa olan məlumatına görə, Azərbaycanda orta aylıq nominal əmək haqqı 1002,8 manat (590 dollar), paytaxt Bakıda isə 1 268,7 manat (746 dollar) olub.




Xəbərin oxunma sayı :
103

Chosen
17
4
azfakt.com

5Sources