EN

Rusiya "Zəngəzur dəhlizi"ndə Azərbaycan əleyhinə oynamağa başladı...

Image

Abutalib Səmədov: "Yalnız Ukrayna müharibəsi başa çatdıqdan sonra, bölgə dövlətlərinin razılıği əsasında Zəngəzur dəhlizinin açılması mümkun olacaq"

“Rusiya Ermənistanın suverenliyi prinsiplərinə əsaslanaraq regionda kommunikasiyaların açilmasına kömək etməyə hazırdır”. Bunu Rusiya Baş nazirinin müavini Aleksandr Overçuk deyib.

“Bildirmək istəyirəm ki, blokun açılması üç dövlətin (Ermənistan, Azərbaycan və Rusiya) liderlərinin əldə etdiyi və 10 noyabr 2020-ci il tarixli birgə bəyanatda əksini tapmış razılaşmalar çərçivəsində mümkündür”, - Rusiya baş nazirinin müavini bildirib.

“Bildiyiniz kimi, Rusiya həmişə bu prosesə qoşulmağa hazırdır və Ermənistanın suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyası prinsiplərinə əsaslanaraq burada kömək etməyə hazırdır”, - TASS onun sözlərini sitat gətirir.

Iranın "Moj News" saytı isə yazir ki, İranın Zəngəzur dəhlizinin reallığa çevrilməsi ilə bağlı narahatlığı təkcə Ermənistanla ümumi sərhədini itirməsi ilə məhdudlaşmır: "Rusiya ilə maraq və baxışların toqquşması, eləcə də Azərbaycanın bu dəhlizdən hərbi istifadə imkanları İranda ictimai rəydə Cənubi Qafqazda gedən proseslərə müsbət münasibət bəsləməməsidir. Ona görə də Ermənistanın suverenliyini tətbiq etməklə Zəngəzur dəhlizi yaradılacaqsa və bu ölkənin yoxlama postları bu dəhlizdə yerləşdiriləcəksə, İranın narahatlığının bir hissəsini həll etmiş olacaq".

Bu onu deməyə əsas verirmi ki, Zəngəzur dəhlizi məsələsində İran, Rusiya və Ermənistan Azərbaycana qarşı bir cəbhədə birləşib?

Bizimlə sohbətində politoloq Abutalib Səmədov bildirdi ki, Overçukun İrəvanda verdiyi bəyanat yeni deyil: "Rusiya 2021-ci ilin sonlarından bu mövqeyi sərgiləyir. 2021-ci ilin noyabrında da Overçuk İrəvana səfəri zamani bəyan etmisdi ki, Rusiya dövlətlərin ərazi bütövlüyü və suverenliyin təmin edilməsi ilə komnikasiyaların açılmasının tərəfdarıdır. 2021-ci ilin dekabrında isə Brüsseldə keçrilən ilk görüşdən sonra Şarl Mişel də belə bir bəyanat vermişdi. Ancaq Rusiya suverenlik və yurisdiksiya dedikdə ermənilər kimi düşunmür. Rusiya hesab edir ki, kommnikasiyalarin Ermənistanın suverenliyi və yuridisyikasında açılması onun 10 noyabr bəyanatında üzərinə göturdüyu öhdəlikləri yerinə yetirməsinə maneə yaratmır. 10 noyabr bəyanatında açıq şəkildə yazılıb ki, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsinə gələn kommnikasiyaya nəzarət Rusiya sərhədçiləri üzərinə düşür. Rusiya hesab edir ki, bu Ermənistanın suverenliyinə və yurisdiksiyasina zidd deyil.

İranın mövqeyi isə tamamilə fərqlidir. 2021-ci ildən başlayaraq İran açıq şəkildə deyir ki, dəhlizə Ermənistan nəzarət etməlidir. İlk dəfə bunu İranin ali dini lideri ayatullah Xamenei 2021-ci ildə dilə gətirib. Sonra 2022-ci ildə Astana üçlüyünün Tehranda keçirilən sammitində Xamneyi dovlət rəhbərlərinə açiq şəkildə bildirdi ki, Naxçıvandan Azerbaycana çəkilən yola Ermənistan nəzarət etməlidir. Son vaxtlar İranın mövqeyi xüsusilə kəskinləşib. Təsadufi deyil ki, mətbuatda bununla bağlı yazilar gedir. Eyni zamanda, SEPAH  bu məsələ ilə bağli dörd bəyanat verib. Bu bəyanatlarda Rusiyaya, Türkiyəyə və Azerbaycana qarşı ciddi hədə-qorxular və ittihamlar var.

Lavrovun Bakıda 10 noyabr sənədinin 9-cu bəndi ilə bağlı verdiyi bəyanat İranda çox ciddi narahatlıq yaradib. Həmin bəyanatdan sonra İranın xarici işlər nazirinin koməkçisi Rusiya səfirini dəvət elədi və ona etiraz notası verdi. Bundan sonra  İran mətbuatında Rusiyanın əleyhinə çox kəskin bəyanatlar səsləndi. İddia olundu ki, Rusiya İrana xəyanat edib, özünü strateji tərəfdas kimi aparmır, Ermənistanla münasibətlərini Zəngəzur dəhlizi vasitəsilə həll etmək istəyir. Yəni Ermənistanı bu cür cəzalandirmaq istəyir.

Bir daha İranın mövqeyi ortaya qoyuldu – bu, SEPAH-ın bəyanatlarında aydın şəkildə özünü göstərdi. İranın mövqeyi ondan ibarətdir ki, birincisi, sərhədlər və geopolitik dəyişikliklər yolverilməzdir. Hətta İran mətbuatında belə bir iddia da irəli sürüldü ki, guya Zəngəzur dəhlizinin açılması İranın Avropaya quru yolunu bağlayır. Hansı əsasla bu bəyanat verilib, aydın deyil. Əslinə qalsa, bu yolun açılması elə ciddi dəyişikliklərə gətirib çıxarmır. Sərhəddə ruslar dayanıb, sərhədə yaxın ərazidən kəçən dəhlizə də ruslar nəzarət edə bilər. İranın narahatlığının səbəbi açıq şəkildə göstərilmir. Amma bu bəyanatlardan aydın olur ki, İran Zəngəzur dəhluzinin güc yolu ilə açılmasından narahatdır. İkincisi, İranı narahat edən, "Araz dəhlizi" adlandırılan yolun əhəmiyyətinin itrilməsidir. Artıq neçə illərdir ki, Azərbaycanin əsas hissəsindən Naxçıvana gedən yol İrandan kəçir, bu yolu Tehran "Araz dəhlizi" adlandırır. İran "Araz dəhlizi"nin bundan sonra da intensiv işləməsini istəyir. İranda "Turan dəhlizi" adlandırılan Zəngəzur dəhlizinin açıması İrandan keçən dəhlizin əhəmiyyətini xeyli azaldacaq.

İranı narahat edən növbəti məsələ Zəngəzur dəhlizinin açilması ilə türk dünyasının birləşdirməsi ehtimalıdır. Açiq şəkildə bəyan edilir ki, bu, İranın və Rusiyanin maraqlarına ziddir. İran buna etiraz edir və Rusiyanin da bu barədə düşünməsini istəyir. İran Rusiyanı Türkiyəyə etibar etməməyə çağırır - Türkiyə NATO ölkəsidir, deyir.

İrani narahat edən məqamlardan biri ABŞ-nin və İsrailin Zəngəzur dəhlizinin açilmasindan sonra onun sərhədlərinə daha çox yaxınlaşmasıdır.

Çox maraqlıdır ki, Ermənistanın Avropa İttifaqı ilə, Amerika ilə əlaqələrini İran normal qəbul edir. Hətta bu əlaqələrin sıxlaşmasını normaq qəbul edir. Burada da Rusiyanı günahlandırır ki, Moskva Ermənistanıın təhlükəsizliyini təmin etmədiyinə gorə Ermənistan bu addımları atmaq məcburiyyətində qaldı.

Sonda SEPAH həm Rusiyanı, həm Türkiyəni, həm də Azərbaycanı hədələməkdən də cəkinmədi. SEPAH açiq şəkildə deyir ki, Zəngəzur dəhluzi İranın maraqlarına uyğun olaraq açılmasa, İran bu cəhdlərə diplomatik və hərbi yollarla mane olacaq. Bu səbəbdən də İran, Rusiya və Ermənistanın Zəngəzur dəhlizinin açılmasında eyni mövqedən çıxış etməsi qeyri-mümkündur. Çünki hələlik Rusiya Türkiyə və Azərbaycanla eyni mövqedən çıxış edir ki, İranı da bu hiddətləndirir. Bu məsələdə İran Ermənistandan daha fəal mövqe tutur.

Məsələn, İran və onun mediası Lavrovun Bakı bəyanatina Ermənistandan daha ciddi reaksiya verdi. İranın mövqeyi və sərgilədiyi hədələr sübhəsiz ki, Rusiya tərəfindən nəzərə alınacaq. Çunki Ukrayna müharibəsi Rusiyanı kifayət qədər cətin duruma salıb, onun İrana ciddi şəkildə ehtiyacı var. Bu səbəblərdən Zəngəzur dəhlizinin yaxın vaxtlarda açılma ehtimalı yoxdur. Yalnız Ukrayna müharibəsi başa çatdıqdan sonra bölgə dövlətlərinin razılıvi əsasında Zəngəzur dəhlizinin açılması mümkun olacaq".

Onu da əlavə etmək yerinə düşər ki, bu gün Rusiya və Ermənistan da bir-birindən ciddi iqtisadi asılılığa malikdir. Ermənistan Avrasiya İttifaqının imkanlarından istifadə edərək iqtisadiyyatını dirçəldir. Rusiya isə hərbi texnikalar üçun istifadə etdiyi çiplərin əksəriyyətini Birləsmiş Ərəb Əmirliyindən (BƏƏ) Ermənistan vasitəsilə alır. Rusiya-Ukrayna müharibəsinə qədər Ermənistanla BƏƏ arasında ticarət dövriyyəsi sıfıra yaxın olduğu halda, indi bu ölkələr arasında ticarət dövriyyəsi bu ilin 8 ayında 5 milyard dollari keçib. Ermənistan BƏƏ-yə qızıl, ərəblər isə ermənilərə Rusiyaya ötürmək üçün çip satır. Əslində ermənilərin satdıği qızıl da Rusiyadan idxal edilir. Beləcə, Ermənistanın ÜDM-i ötən il 8 faiz artıb.

Ona görə də Ermənistanla Rusiya beynəlxalq siyasi arenada mehriban düşmənlər kimi görünür.

Dəniz NƏSİRLİ





Chosen
32
50
baki-xeber.com

10Sources