EN

Vaşinqton Gürcüstan hakimiyyətinə demokratiyanı sarsıtdığına görə sanksiyalar tətbiq edib

Vaşinqton Gürcüstan hakimiyyətinə demokratiyanı sarsıtdığına görə sanksiyalar tətbiq edib

Vaşinqton Gürcüstanda demokratiyanın və insan haqlarının pozulmasında əli olan 64 Gürcüstan vətəndaşına və dövlət məmuruna qarşı sanksiya tətbiq edib.AFN.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.“Onların arasında gürcü xalqının fundamental azadlıqlarını məhdudlaşdırmaq üçün səlahiyyətlərindən sui-istifadə edən yüksək rütbəli dövlət və bələdiyyə məmurları, korrupsiya ilə məşğul olan iş adamları və parlament üzvləri var”, - nəşr yazır.Dövlət Departamenti əlavə edib ki, Vaşinqton Tbilisinin anti-demokratik hərəkətlərindən narahatdır və yeni məhdudlaşdırıcı tədbirləri nəzərdən keçirməyə davam edəcək.

Chosen
7
afn.az

1Sources