NOCOMMENT.az Vətəninfo.az-a istinadən xəbər verir ki, bir müddətdi Dövlət Gömrük Komitəsi “Samur” Gömrük Terminalənda Rüfət Qəhrəmanov adlı bir gömrükçü peyda olub.
Məlumata iddia edilir ki, bu şəxs terminala gəldikdən qıssa müddət sonra, terminal qarşısında valyuta dəyişmə və elektron xidmətlər göstərən obyektləri sıradan çıxarır və ləğv edir.
Bir çoxları bunu DGK-nin sədri Şahin Bağırovun islahatı kimi görsə də, sonradan Rüfət Qəhramanovun bu addımının arxasındakı səbəb bəlli olur.
Məlumata görə,Rüfət Qəhrəmanov qeyd olunan sahələri ləğv edərək ,terminalın daxilində, qeyri-qanuni olaraq 16-ya yaxın yuxarıda qeyd etdiyimiz xidmətləri göstərən obyektlər açıb.
Məlumata görə,bu obyektlər hər hansı bir vergi ödəmir və aylıq bu 16 obyektdən cənab Qəhrəmanov yüksək gəlirlər əldə edir.
Maraqlısı budur ki, bu şəxsin belə bir addımının arxasında DGK-nin sədri Şahin Bağırovun dayanıb-dayanmadığı bəlli deyil.
Amma Rüfət Qəhrəmanovun şan-şöhrəti bununla bitmir.
İddialara görə, o eyni zamanda Qusar Rayon İH-nin başçısı Sahir Məmmədxanovun ərazidəki adamlarından biri kimimdə özünü tanıdıb.
Maraqlısı budur ki, iddialara görə, hətta əraziyə nəzarət edən polis əməkdaşları belə bu adamdan çəkinirlər.
Eyni zamanda Rüfət Qəhrğmanovun gömrük terminalında hansı vəzifə tutduğu da insanlara bəlli deyil.
Məsələ ilə bağlı DGK-nin də mövqeyini öyrənməyə çalışacağıq.
Redaksiyadan: Adı çəkilən şəxsin də mövqeyini dərc etməyə hazırıq.