“Barselona” Yamal ilə yeni müqavilə imzalayacaq
“Barselona” 2025-ci ilin iyulunda, 18 yaşı tamam olanda ispaniyalı hücumçu Lamin Yamalla yeni müqavilə imzalayacaq.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, yeni müqavilə 2030-cu ilin iyun ayına qədər qüvvədə olacaq.
Futbolçunun maaşı mövsümə görə üç milyon avroya qədər artacaq (bonusları nəzərə almasaq), indi o, 1,6 milyon avro və qollara görə bonuslar qazanır.
Xatırladaq ki, Yamal “Barselona”nın yetirməsidir. Onun hazırkı müqaviləsi 2026-cı ilin iyununa qədərdir. Bu mövsüm 17 yaşlı sağ cinah yarımmüdafiəçisi 5 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı Yamalı 120 milyon avro qiymətləndirir.