İspaniya Milli Polisi narkotik alverində ittiham olunan Avropanın ən çox axtarılan cinayətkarlarından birini ələ keçirib.
“İki sahil” xəbər verir ki, bu barədə İspaniya Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.
Qeyd olunub ki, Milli Polis əməkdaşları adı açqılanmayan narkobaronu Madriddə həbs ediblər. O, digər ailə üzvləri və yaxın ətrafı ilə birlikdə cinayətkar təşkilata rəhbərlik edib.
Vurğulanıb ki, cinayətkar Belçikada olduğu 2014-208-ci illər ərzində 4 milyon avrodan çox gəlir əldə edib.