Gözlənildiyi kimi, PSJ ilə Kilian Mbappe arasındakı fikir ayrılığını sülh şəraitində həll etmək mümkün olmadı.
"Football-plus.az" xəbər verir ki, Fransa Peşəkar Futbol Liqasının (LFP) hüquq komitəsi srağagün bu mübahisədə “Real”ın forvardının tərəfini tutub. Parislilərin üzərinə 25 yaşlı fransalı ulduza olan 55 milyon avro borcu ödəmək vəzifəsi qoyulub. PSJ həftə ərzində həmin məbləği köçürməyə başlamalıdı. LFP-nin adı çəkilən komitəsi sentyabrın 11-də tərəfləri mübahisəni məhkəməyəqədərki mərhələdə həll etməyə çağırmışdı, ancaq futbolçu bundan imtina edib. Kilian PSJ-dən bu ilin aprel, may və iyun ayları üçün maaşını və bonusları ödəməyi tələb edir.
Fransanın aparıcı idman nəşrlərindən “L'Équipe” də bu mövzuda xəbər yayıb. Adı çəkilən qaynaq bildirir ki, PSJ LFP-nin hüquq komitəsinin müvafiq qərarına baxmayaraq, sabiq hücumçusuna 55 milyon avronu ödəməyəcək. Rəhbərlik belə hesab edir ki, klubun hərəkətləri qanunauyğundu, parislilər Mbappe ilə məhkəmə çəkişməsinə hazırdı.
Xatırladaq ki, Kilian 2018-cü illər aralığında PSJ-də çıxış edib. Bu yay isə “Real”a keçib, Madrid klubu ilə 2029-cu ilə qədər müqavilə bağlayıb.