EN

Zəlzələ Moldova prezidentini canlı efirdə yaxaladı — VİDEO

Kişineuda baş verən zəlzələ anı "Moldova 1" telekanalına müsahibə verən ölkə prezidenti Maya Sandunu canlı efirdə yaxalayıb.

Oxu.Az xəbər verir ki, bu barədə gazeta.ru yazır.

Görüntülərdə televiziya studiyasının necə şiddətlə silkələndiyi görünür. Jurnalist həmin an bunun "yaxşı əlamət" olduğunu ümid etdiyini bildirib.

Qeyd edək ki, bazar ertəsi Rumıniyada 5.5 bal gücündə zəlzələnin baş verdiyi, yeraltı təkanların Buxarest və Ukraynada da hiss olunduğu bildirilib.
Chosen
6
1
demokrat.az

3Sources