EN

Elhad Nəziri: “Rəhbərlik qarşımıza hansısa hədəf qoymayıb”

1-ci liqada yeni mövsümə qələbə ilə başlayanlardan biri də “Cəbrayıl”dı. Şamaxıda “Difai”nin qonağı olan qarabağlılar rəqibi 1:0 hesabıyla üstələdi.

Bu, Cavid Hüseynovun istefasından sonra komandanın “sükanı arxasına” keçən Elhad Nəzirinin ilk rəsmi matçı idi. Oyunla bağlı qəzetimizə açıqlama verən Elhad bəy həm srağagünkü matçı dəyərləndirdi, həm də ümumi hazırlıqlardan söz açdı:

“Çempionatda ilk oyun həmişə ağır keçir. Buna baxmayaraq, çox sevindirici məqam oldu ki, ilk turda qələbə qazandıq. Düzdü, çoxlu qol imkanından yararlana bilmədik. Amma nəticə etibarı ilə 3 xalı qazandıq. Çatışmayan şeylər nədisə, onların üzərində işləyəcəyik. Komandanı tam formalaşdırmışıq.Təlim-məşq toplanışı keçmədiyinizə görə komanda istədiyimiz səviyyədə deyildi. Lakin oyundan-oyuna futbolçuların həm fiziki, həm taktiki durumu getdikcə yerinə düşəcək. Rəhbərlik qarşımıza hansısa hədəf qoymayıb. Çempionluq, yaxud ilk “üçlük” uğrunda oynadığımızı deyə bilmərəm. Sadəcə, rəhbərlik bizdən 1-ci liqada qalmağı və gənclərdən ibarət yaxşı komanda quraraq yaxşı futbol göstərməyi tələb edib. Bu o demək deyil ki, qarşımıza hədəf qoyulmayıbsa, yerimizdə sayacağıq. Çalışacağıq ki, maksimum nəticə göstərək, yaxşı oyun nümayiş etdirək, komandamız daim yüksəklərdə olsun. Cəbrayıl adı daim yüksəkdə olmalıdı”.


RÖYANƏ OĞUZ
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources