EN

“Bəzən rəqibi nə qədər yaxşı təhlil etsən də, fərdisəhvlərin qarşısını ala bilmirsən”

Birinci liqada mövsümün ilk turu maraqlı nəticələrlə müşayiət olundu.

Ötən mövsümün son turlarına qədər çempionluq uğrunda mübarizə aparan “İmişli” Tovuz şəhər stadionunda liqanın debütantı “Bakı Sportinq”ə uduzdu. Çempionluğu hədəfləyən, iddiasını gizlətməyən komandanın baş məşqçisi Fərid Namazovun fikirlərini öyrənməyi lazım bildik:

“Üstünlük bizdə idi. 12-ci dəqiqədə hesabı açdıq, fərqi artırmaq üçün də şanslarımız yarandı. Amma həmin fürsətlərdən istifadə edə bilmədik. Rəqib isə əlinə düşən şanslardan yararlanaraq üstünlüyü ələ keçirdi. Fərdi səhvlər üzündən qollar buraxdıq. Oyun planlaşdırdığımız kimi alındı. Rəqibi necə təhlil etmişdiksə, o şəkildə də oynadılar. Bəzən nə qədər yaxşı təhlil etsən də, fərdi səhvlərin qarşısını ala bilmirsən. Hələ ki deyəcəklərim bu qədərdi. Nəzərə alaq ki, bütün komandalar üçün ilk oyun çox ağır olur. Çünki oyunçular oyun tonusunda olmurlar. Nə qədər yoldaşlıq görüşü keçirsək də, çempionat başqadı. Ona görə də birinci rəsmi oyun həmişə ağır keçir. Futbolçular 2-3 tur sonra özlərinə gəlir, oyunlara uyğunlaşırlar. Növbəti oyunlarda uğurlu nəticə əldə etmək üçün meydana çıxacağıq”.


RÖYANƏ OĞUZ
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
14
football-plus.az

1Sources