Məktəbdə bir çox insanlar tarixi sevmirlər və dərsliklərdəki məlumatlar onlara darıxdırıcı görünür. Əslində bir çox maraqlı və təəccüblü hadisələr bizim üçün sirr olaraq qalır. Bu yazıda siz məşhur insanlar haqqında maraqlı bioqrafik faktları öyrənəcəksiniz.
Janna Dark
Əvvəllər qadınlar həmişə uzunsaçlı olurdular, amma Janna ictimai rəyə qarşı çıxaraq saçlarını qısa kəsdirir və kişi paltarı geyinirdi. Təxminən 500 il sonra, Orlean qızının saç düzümü polşalı bərbəri ən məşhur qadın saç düzümü olan qısa bob yaratmağa ilhamlandırdı.
Abraham Linkoln
Abraham Linkoln Amerikanın ən böyük prezidentlərindən biri olub. Gəncliyində təcrübəli döyüşçü idi. Bütün borclarını ödəmək vərdişi olduğu üçün ona “Dürüst Abe” ləqəbi verilib.
Albert Eynşteyn
Eynşteynin nitq inkişafı ilə bağlı problemləri var idi. O, ilk sözünü yalnız dörd yaşında deyib. Valideynlər uşağın əqli qüsurlu doğulmasından ciddi şəkildə qorxurdular. Eynşteynin ölümündən sonra yarılma aparan patoloq onun beynini oğurlayıb. Düzdür, sonradan o, Eynşteynin oğlundan icazə almağa çalışsa da Prinstondan qovuldu.
Merilin Monro
Monro çətin bir uşaqlıq keçirib. Anası psixiatrik xəstəxanada xəstə olduğundan qız sığınacaqda yaşayıb. 11 müxtəlif ailə onu övladlığa götürməyə çalışsa da, hər dəfə geri qaytarılıb.
Çarlz Darvin
Ən məşhur təbiətşünasın bioloji təhsili olmayıb. Məktəbdən sonra Darvin ailə ənənəsini davam etdirmək qərarına gəldi və Edinburq Universitetinin Tibb fakültəsinə daxil oldu, lakin tibblə vidalaşmalı oldu. Səbəb onun qandan olan patoloji qorxusu olub.
Yuli Sezar
Yuli Sezarın həmişə başına dəfnə çələngi taxmaq hüququ var idi. O bundan daim istifadə edirdi, çünki keçəlliyini gizlətmək istəyirdi. Sezar seyrelmiş saçlarını başının tacından alnına qədər daraydı.
Henri Ford
Henri Fordun sağlamlığından asılı olmayaraq işçiləri işə götürmək ənənəsi var idi. Belə ki, 1917-ci ildə onun yanında 6 minə yaxın əlil işləyirdi.
Volter
Tarixi məlumatlara görə, Volter qəhvəni çox sevirdi: o, gündə təxminən 50 fincan içirdi. Amma bu saf qəhvə deyildi, şokolad və qəhvə qarışığı idi. Həkim xəbərdarlıq etmişdi ki, sevimli içki onu öldürəcək, lakin Volter səksən yaşına qədər yaşadı.
Nubar Süleymanova, “İki sahil”