İsveçli Karolina Olsson 29 oktyabr 1861-ci ildə anadan olanda beş qardaşdan ibarət bir ailənin yeganə qızı idi. Qardaşları məktəbə gedərkən evdə qalıb anasına kömək edən gənc qız yazıb-oxumağı öyrənmək üçün ailəsindən məktəbə yazılmasını istəyib və məktəbə yazılıb.
Milli.Az news24.az-a istinadən xəbər verir ki, 1876-cı il fevralın 18-də məktəbdən evə qayıdarkən donmuş çayda sürüşərək başını vurub, nəticədə bədənində qançırlar əmələ gəlib.
Həmin gün axşam yeməyini yedikdən sonra Karolina yatmağa gedib və səhəri gün çox şiddətli baş ağrısı ilə oyanıb. Ailəsi ona dincəlmək üçün yataqda qalmağı məsləhət görsə də, bir səhər oyana bilməyib.
Heç nə onu oyatmadı. Onun qəribə vəziyyəti həftələrlə davam etdi və Olsson ailəsi edə biləcəkləri tək şeyin dua etmək olduğuna inanırdı.
Qeyd edək ki, Karolinanın anası qızını çimdirərək və saçını yuyaraq ona qulluq edirdi. Ona hər gün iki stəkan süd və iki stəkan şəkərli su verilirdi, amma gənc qız hələ də dərin yuxuda görünürdü.
Karolinanı ilk dəfə müayinə edən həkim onun komada olduğunu müəyyən edib. Qeyri-adi vəziyyətə baxmayaraq, həkim heç bir şəkildə narahat görünmürdü. O, bir il Karolinanı izlədi və adayı ziyarət etməyə davam etdi.
1904-cü ildə anasının ölümündən sonra atası ona qayğı göstərdi, lakin ona necə baxacağını bilmədiyi və tez-tez uzaqda olduğu üçün bir qulluqçu tutdu.
Amma bəzən qəribə hadisələr baş verirdi, məsələn, 1907-ci ildə Karolinin qardaşı vəfat edəndə gənc qızın yuxuda ağlamağa başladığı, lakin gözlərinin bağlı qaldığını bildirirdilər.
Karolina 32 il 42 gün sonra 3 aprel 1908-ci ildə oyanır. O, oyaq olanda danışa bilmirdi, qardaşları ona yaxınlaşanda tanımırdı, ancaq 1876-cı ildən əvvəl baş vermiş hadisələri xatırlayırdı. Hadisədən xəbər tutan bir çox jurnalist ziyarətə gəldi, lakin ailəsi medianın diqqətindən yayınmaq üçün gizlənməyə qərar verdi.
1910-cu ildə məşhur isveçli psixiatr Harald Fröderström Karolinanın ailəsindən öyrəndiyi məlumatları ehtiva edən bir məqalə dərc edib. Fröderström, Karolinanın həddindən artıq qəzəbli olduğunu və ailəsinin diqqətini çəkmək üçün xəstə olduğuna inandığını irəli sürüb.
Karolina Kleine-Levin Sindromu (yatan gözəllik sindromu) üçün diaqnostik meyarlara cavab verməsə də, illərdir tibb dünyasını çaşdıran bu sirli yuxu vəziyyəti səhiyyə işçiləri arasında müzakirə olunmağa davam edir. Karolina Olsson 5 may 1950-ci ildə 88 yaşında vəfat edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun