Kolumbiyalı müğənni Şakira Mayamidə gecə klubunda klip çəkilişi zamanı paltarının altında çəkiliş aparan fanatına əsəbiləşib.
Bu barədə TMZ məlumat yayıb.
47 yaşlı Şakira "Soltera" videosu üçün canlı tamaşaçılarla çəkiliş apararkən tamaşaçılardan yuxarı podiuma qalxıb. Onlardan biri qısa paltarının altında çəkilişlərə başlayıb və Şakira ona baş verənləri gördüyünü jestlərlə başa salıb.
Bir az daha rəqs etdikdən sonra davam etməmək qərarına gəlib, operatora çəkilişin bitdiyini işarə edib və VIP zonaya çəkilib. Şakiraya yaxın mənbələrin sözlərinə görə, o, uzun müddət əsəbiləşib.
32gun.az