EN

ERMƏNİSTANLA AZƏRBAYCANIN SÜLH SAZİŞİ HƏM DƏ ABŞ- DAN ASILI KİMİ

"ABŞ həmişə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etmək imkanını səbirsizliklə gözləyir..."

Tezadlar.az CNN- türk- ə istinadla xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə bildirib. Sitat: "Biz hər iki ölkənin davamlı və layiqli sülh sazişinə nail olmaq səylərini dəstəkləməyə davam edirik. Onlar sülh sazişinin tamamlanmasında əhəmiyyətli irəliləyiş əldə ediblər və biz onları mümkün olan hər bir şəkildə, o cümlədən faydalı olacağı təqdirdə görüş təşkil etməklə dəstəkləməyə hazırıq".

Ermənistan isə hələki Fransaya qulaq asır, ABŞ- ı eşidir, Rusiyanı isə dinləmək istəmir... Amma Azərbaycandan asılı olduğunu dilə gətirə bilmir...

A.Məmmədli

Chosen
79
20
tezadlar.az

7Sources