EN

“Zaurun verilişinə bir daha getməyəcəyəm” - Nigar

Əməkdar artist Nigar Şabanova ötən gün qonaq olduğu “Rəngarəng” verilişində gərgin anlar yaşadığını açıqlayıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu haqda sənətçi instaqram səhifəsində yayımladığı videoaçıqlamada məlumat verib.

Şabanova sözügedən proqramın aparıcısı Zaur Nəbioğluya və onun ünvanladığı suallara qəzəbləndiyini bildirib:

“Verilişinizə qonaq çağırdığınız müğənniyə öz janrına uyğun suallar verin. Bu haqda mən biraz kobud şəkildə aparıcı Zaur Nəbioğluna dedim. Mən tətildən əvvəl artıq neçə veriliş idi ki, Zaur Nəbioğlunun verilişinə çıxmırdım. Onun verilişinə qonaq gəlmək təkliflərini də qəbul etmirdim. O məni öz doğum günü məclisinə də çağırdı, getmədim. Tətildən sonra özü mənə zəng vurdu verilişinə dəvət etdiyi deyə təklifini qəbul etdim və verilişinə nahaq getdim. Bəli, nahaq getdim. Verilişlərə gedəndə aparıcılara əvvəlcədən deyirəm ki, mənə artıq suallar verməyin. Mən bunu xahiş həmdə tələb edirəm. Tələb etməyə də haqqım var. Bunu hamı bilir. Bütün bunlara rəğmən gözləmədiyim anda mənə yenə xoş olmayan suallar verildi”.

Nigar illər əvvəl qalmaqal yaşadığı Xalq artisti Mələkxanım Eyubova ilə bağlı məsələsini yenidən gündəmə gətirdiyinə görə Zauru tənqid edib:

“6-7 il bundan əvvəl verilişlərin birində dəyərli sənətkarımız Mələkxanım Eyubova ilə bağlı ötəri söz-söhbətlər keçmişdi, suallar verilmişdi. Bu gün onun şəklini verilişinizdə qoydunuz amma istədiyinizi əldə edə bilmədiniz və mənə başqa suallar verdilər. Bir reytinqə görə özünüzə nifrət qazanmayın. Veriliş bitəndən sonra Zaurun özünə də dedim ki, bu söhbətlərin yayılmasını istəmirəm. Elə edin ki, yayılmasın. Sən mənə şəxsi həyatımla bağlı sual verdin və mənə də yaraşmazdı ki, qorxaq kimi həmin sualdan qaçım. Mənim üçün bu ayıb olardı. Amma yenə də öz bildiyinizi etdiniz. O xanımı ora qatmaq düzgün deyil idi. O qadının əlbətdəki  bəlli yaşı var (Mələkxanım Eyubovanı nəzərdə tutur – red.). O da mən də uşaq yaşda deyilik. İllər əvvəl yaşanan bir söhbəti yenidən açmaq bir aparıcı üçün bu çox ayıb bir şeydir. Baxmayaraq ki, mən dönə-dönə xahiş etdim ki, belə suallar mənə verməyin”.

Əməkdar artist həmkarları ilə bağlı verilən suallara da əsəbiləşdiyini vurğulayıb:

“Bəzi ifaçılar toylarla öyünürlər. Toy sənət və peşəkarlıq deyil. Peşəkarlıq göz önündə olur və bunun nə olduğunu da hamı gözəl bilir. Amma yenə də mən hamıya hörmətlə yanaşıram çünki hamımız toya gedirik və oradan çörək qazanırıq. Gözlənilmədən mənə xanım həmkarım haqda verilən sualı reklama çevirməyin. Bu yaxşı bir şey deyil. Siz özünüzdə gördünüz ki, mən Vəfa Şərifova və Zeynəb Həsəninin arasında qalanda həqiqətən də səsi olan insan haqqında fikir söylədim”.

Müğənni bundan sonra aparıcı Zaur Nəbioğlunun heç bir verilişinə qatılmayacağını dilə gətirib:

“Buradan yenə deyirəm, necə tətildən əvvəl dəfələrlə məni Zaur Nəbioğlu öz verilişinizə dəvət etdiniz və mən gəlmədim. Bundan sonra o verilişdəki Zaur Nəbioğlunun adı keçəcək mən o verilişə gəlməyəcəyəm. Çünki o dostluğu, hörməti, izzəti reytinqə qurban verən insandır. Ona dedim ki, sən sual verdin məndə sənə mərd xanım kimi cavab verdim. Heç kim məcbur deyil ki, zildən və muğam oxusun, xanəndə olsun. Buna heç kim məcbur deyil. Bu Allahın verdiyi istedaddır. Kimin səsi böyük kimin isə kiçik olar. Heç kim heç nəyə güvənməsin. Heç kim bilmir sabah başına nə gələcək. Amma peşəkarlıq və savad deyilən bir şey var. Əgər peşəkarlıq yoxdursa mənə ayıb olar kimisə durub tərifləmək. İndiyə kimi nə demişəmsə sözlərimin arxasında dururam. Amma yenə deyirəm ayıb olsun o aparıcılara ki, təkrarçıdırlar, mövzuları yoxdur və biabırçı vəziyyətdədirlər”.OLAY.az

Chosen
31
14
bakivaxti.az

10Sources