EN

Türkiyənin Qazaxıstana elektrik avadanlıqları ixracı cüzi azalıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar – avqust aylarında Türkiyənin Qazaxıstana elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz azalaraq, 70,8 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin avqust ayında Türkiyə Qazaxıstana 14,7 milyon dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 52,4 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz artıb 10 milyard 730 milyon dollara bərabər olub.

“Bu ilin avqust ayında Türkiyə 1 milyard 479 milyon dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 5,9 faiz çoxdur,” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2023- avqust 2024) Türkiyə 16 milyard 351 milyon dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
6
16
turkic.world

10Sources