EN

İran və Rusiya nüvə təhlükəsizliyi ilə bağlı əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər

İran və Rusiya nüvə təhlükəsizliyi ilə bağlı əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər.

“Report” İran KİV-ə istinadən xəbər verir ki, İranın Atom Enerjisi Təşkilatının sədr müavini Məhəmməd Rza Kardan bu gün Beynəlxalq Atom Enerjisi Agentliyinin 68-ci Daimi Sessiyası çərçivəsində Rusiyanın Federal Ətraf Mühit, Sənaye və Nüvə Nəzarəti Xidmətinin rəhbəri Aleksandr Trembitski ilə bu barədə danışıb.

İclasda İranın BRİCS-ə üzv ölkələrin nüvə tənzimləyici orqanları şəbəkəsinin yaradılması təklifi Rusiya tərəfindən müsbət qarşılanıb.

Təklif üzv ölkələrin xarici işlər nazirlərinin qarşıdan gələn sammitində müzakirə olunacaq.

Chosen
17
sam.az

1Sources