EN

"Sabah" ÇL-də məğlub oldu, Avropa Kubokunda davam edəcək

"Sabah" basketbol komandası FIBA Çempionlar Liqasının ilkin təsnifat mərhələsində İsveçin "Norrçepinq Dolfins" klubu ilə qarşılaşıb. Matc.az xəbər verir ki, Türkiyənin Antalya şəhərindəki "Gloria Sports Arena"da təşkil olunan qarşılaşma Azərbaycan klubunun 71:75 hesablı məğlubiyyəti ilə başa çatıb. Qeyd edək ki, bu nəticənin ardından Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv mübarizəni FIBA Avropa Kubokunda davam etdirəcək.  

Chosen
32
7
matc.az

8Sources