EN

Region öz sabitliyini qoruyub saxlaya biləcək?



Cənubi Qafqazda son vaxtlar, böyük ölkələrin geosiyasi maraqları çərçivəsində, yenidən siyasi baxımdan hərəkətlilik müşahidə olunur və bu hərəkətlilik xüsusilə də Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olmasına və Zəngəzur dəhlizinin reallaşmasına dair ortada olan əngəllər və imkanlar ələ alınmaqdadır.
Əslində Rusiya prezidenti Vladimir Putinin Bakı səfərindən sonra, regionda gərginlik artıb desək yanılmarıq və İranın Zəngəzur dəhlizinin reallaşmasına qarşı atdığı addımları nəticəsiz qoyan Rusiyaya qarşı, ABŞ-ın yenidən fəallığı artmaqdadır və ABŞ, görünən odur ki, heç bir halda Cənubi Qafqazda Rusiyaya imkan vermək istəmir. Daha dolğun şəkildə ifadə etsək, ABŞ-ın gələcəklə bağlı planları içində Rusiyanı artıq Cənubi Qafqazda istəmir, demək olar. Bu səbəbdən ABŞ, ölkəsində keçirilən prezident seçkisinin ardınca, bu istiqamətdə addımlar atacağı şübhə doğurmur. Məhz bu səbəbdən Zəngəzur dəhlizi ilə bağlı və Ermənistan və Azərbaycan arasında sülh danışıqları mövzusunda Putinin, acil planları var və bu planların həyata keçirilməsi üçün bütün imkanları çərçivəsində addımlar atmağa cəhd edəcəkdir, düşüncəsindəyəm. Rusiya baş naziri müavini Aleksey Overçukun Ermənistana səfəri də məhz bu səbəbdən həyata keçirilən səfərdir və ABŞ Dövlət katibi Antoni Blinkenin Azərbaycan prezidenti İlham Əliyevə telefon açması məhz Rusiyanın bölgədə yenidən fəallığının qarşısını almaq məqsədi daşıyır, düşüncəsindəyəm. Düşünürəm ki, bu hərəkətlilik davam edəcək və İnşallah region öz sabitliyini qoruyub saxlaya biləcək.

Çingiz Şahbazi
Chosen
22
newscenter.az

1Sources