EN

Tehranla Moskva arasında münasibətlər inkişaf edəcək



"Tehranla Moskva arasında münasibətlər daha da inkişaf edəcək".

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu İran prezidenti Məsud Pezeşkian Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşündə deyib.

O ümid etdiyini bildirib ki, Rusiya ilə İran arasında qarşılıqlı fəaliyyət BRİKS və ŞƏT çərçivəsində səmərəli olacaq.

Pezeşkianın sözlərinə görə, iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi Qərb ölkələrinin İran və Rusiya Federasiyasına qarşı sanksiya təzyiqini azaltmağa kömək edəcək.

Mehman Mehdiyev
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
14
newscenter.az

1Sources