EN

Azərbaycan gələn il üç milyard manata yaxın borc alacaq

Azərbaycan 2025-ci ildə dövlət büdcəsinin 3 milyard 51.6 milyon manat proqnozlaşdırılan kəsirini əsasən borclanma hesabına maliyyələşdirəcək.
Ölkə.Az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin hesabatında bildirilib.

Məlumata görə, borclanma 2 milyard 672.3 milyon manat nəzərdə tutulur ki, bu da kəsirin 87.6 %-ni təşkil edəcək. Bundan başqa, kəsirin 2025-ci ilin əvvəlinə ehtimal edilən vahid xəzinə hesabının qalığı hesabına 250 milyon manat, özəlləşdirmədən daxilolmalar hesabına 110 milyon manat, məqsədli büdcə fondlarının vəsaitinin qalığı hesabına 19.3 milyon manat olmaqla maliyyələşdirilməsi planlaşdırılır.

Chosen
59
23
baki.media

10Sources