EN

Qərbi Azərbaycan Xronikası: Erməni məkri və bizim biganəliyimiz ilə "yaranan" Tiqranakert

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "Ermənilərin Ağdamda Tiqranakert axtarışı" adlı veriliş efirə gedib.Mediaxeberleri.Az xəbər verir ki, verilişdə tarix üzrə fəlsəfə doktoru, dosent Təvəkkül Əliyev ermənilərin "Tiqranakert oyunbazlığı"ndan bəhs edir.O bildirib ki, erməni məkri və bizim biganəliyimiz saxta erməni tarixinin ayaq açıb, yeriməsinə səbəb olub: "Erməniləri Qafqaza köçürüb, onlara tarix yazmağa girişən Rusiya həm elmi, həm də inzibati resurslardan istifadə edib Azərbaycan tədqiqatçılarının onsuz da əlini-ayağını bağlayırdı. Bir tərəfdən də yerlərdə tarixi ərazini öz şəxsi mülkü sayıb, onu dağıdan, tədqiqata mane olan şəxslər ermənilərin məkrlərinə yol açıb".Onun sözlərinə görə, "Tiqranakert oyunbazlığı" erməni məkri və bizim biganəliyimiz ucbatından yaranan məsələdir: "Ermənilər Ağdamda Tiqranakert axtarışı aparıblar. Onlar Azərbaycan aliminin adi sözündən tarix düzəldib, "Tiqranakert nağılı" uydurublar. Torğaqlarımızın işğalı vaxtı Ağdamda səngər qazan ermənilər şəhər tapıb, saxta tarix yaratdılar. Heç vaxt mövcud olmayan Tiqranakertlər haqqında tarix də, elm də susur. Talan üçün gələn Tiqran Qarabağ və Tovuz ərazisində mövcud olan iri Alban şəhərlərini yerlə yeksan etdi, yandırdı. Erməni tarixçiləri dağıdıcı Tiqranın cinayətlərini qurucu və şəhərsalan kimi təqdim edirlər. Urartu işğalçıları Qafqazda türklərə məxsus 23 şəhəri zəbt edib, əhalini girov götürüblər. Eradan əvvəl Qərbi Azərbaycanda işğalçılardan qorunan türklər Kür qırağına qaçqın düşüblər. Erməni arxeoloqları etiraf edir ki, türklər Qafqazda 3 min ildir yaşayır".T.Əliyev əslən yerli olan Musa Kalankatlı tərəfindən Tiqranakert adı heç yerdə çəkilmir: "Ərəblərin 7-ci əsr Qafqazın müfəssəl qeydlərində Tiqranakert adı qeyd olunmayıb. 7-ci əsrdə Sebeosun uydurması ilə 20-ci əsrdə "Tiqranakert nağılı" yaratdılar. Ermənilər urartulardan və Tiqrandan ancaq talan, oğurluq, dağıtmaq öyrəniblər".Tarixçi sonda vurğulayır ki, ermənilər min illər öncə Qərbi Azərbaycanda davamlı işğal, qəsbkarlıq və Azərbaycan türklərini qovmaq adətini yaşadıblar.Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Chosen
313
2
mediaxeberleri.az

10Sources