EN

Payız mövsümündə sağlam qidalanmanın önəmi - ÖZƏL AÇIQLAMA

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri və sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova QHT.az-a açıqlamasında payız mövsümünün gəlişi ilə bağlı məktəblilər üçün düzgün qidalanmanın vacibliyini vurğulayıb. Onun sözlərinə görə, immun sistemi zəif, vitamin və mineral dəyəri aşağı olan insanlar, xüsusən də inkişaf etməkdə olan məktəblilər düzgün qidalanmadıqda həm mövsümi xəstəliklərə yoluxma riskini artırır, həm də dərsə diqqətləri azalır. Bu isə yorğunluq, enerjisizlik və mərkəzi sinir sisteminin zəifləməsinə səbəb olur.

Xüsusilə səhər saatlarında təhsil alan şagirdlər üçün qidalanma olduqca vacibdir. Bir çox hallarda uşaqlar səhər yeməyi yemədən məktəbə gedir, günorta saatlarında isə zərərli paketlənmiş qidalarla qidalanırlar. Bu qidalar kimyəvi qatqılar və konservantlarla dolu olduğu üçün inkişaf üçün faydalı olmur. Əksinə, sağlamlıq problemlərinə səbəb olur.

 

Pərvanə Fərhadqızı

QHT.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
11
qht.az

1Sources