Ağ Ev bəyan edib ki, nüvə danışıqlarında İranın sözləri deyil, hərəkətləri nəzərə alınacaq.Ağ Evin sözçüsü Karin Jan Pier gündəlik mətbuat konfransında ABŞ-ın İranla nüvə danışıqlarının gələcək mövqeyi ilə bağlı açıqlama verib.İran prezidenti Məsud Pezeşkianın nüvə məsələsində ABŞ ilə yenidən danışmağa hazır olduğunu söyləməsi xəbəri ilə bağlı suala Jan-Pier Ağ Evin bu məsələdə mövqeyinin uzun müddətdir ki, eyni olduğunu bildirib.Sözçü ABŞ-ın İranın nüvə fəaliyyətlərinə münasibətində həmişə konkret olduğunu bildirib:"Münasibətlərimiz haqqında danışarkən bu diplomatik danışıqların aparılmasının çox vacib olduğuna inanırıq. Amma biz hazırda ondan çox uzaqdayıq və buna görə də İranı sözlərinə görə yox, hərəkətlərinə görə mühakimə edəcəyik".Jan Pier həmçinin bəyan edib ki, İran bu məsələdə ciddiliyini və yeni yanaşmasını göstərmək istəyirsə, nüvə işini və regional gərginlikdən daxili məsələlər üçün istifadə etməyi dayandırmalıdır.Mənbə: AA