EN

“McDonald’s Azərbaycan” və DSMF bütün ölkə üzrə şəhid ailələrindən olan birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin edib - FOTO

Yeni tədris ili ərəfəsində bütün ölkə üzrə 170 şəhid övladı məktəb ləvazimatları ilə təmin edilib. Bunun üçün alınmış məktəb ləvazimatları şəhid ailələrinin yaşadığı bölgələrə çatdırılıb.

Xatırladaq ki, 2024-cü ilin fevral ayında "McDonald's Azərbaycan" şirkəti ilə Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) arasında Anlaşma Memorandumu imzalanıb.

İmzalanmış memorandum, korporativ sosial məsuliyyət çərçivəsində layihələrin həyata keçirilməsi məqsədilə “McDonald’s Azərbaycan” və DSMF arasında qarşılıqlı faydalı, uzunmüddətli və səmərəli əməkdaşlıq əlaqələrinin yaradılması və inkişaf etdirilməsi üçün çərçivəni müəyyən edir və 44 günlük Vətən müharibəsi şəhidlərinin və qazilərinin övladlarına dəstək göstərməyə yönəlmiş bir çox birgə təşəbbüslərin əsası oldu.

Chosen
12
9
olke.az

10Sources