İtaliyada kiçik şəhərcikdə yaşayan 74 yaşlı Marinella Beretta artıq 2 il idi həmişə getdiyi mağazada, parkda görünmürdü. Hamı onun köçüb getdiyini güman edirdi.
Bakupost.az xəbər verir ki, 2 il sonra qonşular Marinellanın evinin qarşısındakı köhnə ağac aşdığından narahat olub, yerli bələdiyyəyə müraciət ediblər.
Hadisə yerinə gələn yanğınsöndürənlər problemlə qarşılaşdığından evin içinə keçmək məcburiyyətində qalıblar və bu zaman qonaq otağında qadın meyiti qalıqları aşkar ediblər.
Qadın kresloda əyləşən yerdə keçinib. Ekspertlər qadının 2 il əvvəl öldüyünü təsdiq edib.
Marinellanın dəfnini yerli hökumət üzərinə götürüb.
Qonşular və şəhərcik sakinləri özlərini onun qarşısında günahkar bilirlər, əgər onların laqeydliyi olmasaydı, bəlkə də tənha qadın belə ölməyəcəkdi.
Aygün Musayeva
BakuPost