Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun 18 sentyabr 2024-cü il, 426 saylı qərarı ilə İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 12 və 13 noyabr iş günləri ilə müvafiq olaraq 16 və 23 noyabr istirahət günlərinin yerləri dəyişdirilib.Beləliklə, 8 noyabr və 9 noyabr tarixləri müvafiq olaraq "Zəfər günü" və "Azərbaycan Respublikasının Dövlət bayrağı günü" hesab ediliyi üçün həmin günlər qeyri iş günləri hesab edilir. Bu zaman beşgünlük iş rejimi üçün 7 noyabr 2024-cü il tarixi sonuncu iş günü olacaq. 8, 9, 10, 11, 12 və 13 noyabr 2024-cü il tarixləri 6 gün ardıcıl olaraq qeyri iş günləri hesab ediləcək. 14 noyabr 2024-cü il tarixi bayramdan sonrakı ilk iş günü hesab ediləcək.Həmin qərarı həmkarlarımıza təqdim edirik: