Sentyabrın 17-də yerli vaxtla saat 15:19-da Lökbatanda palçıq vulkanı püskürüb.
Titul.az bu barədə Seysmoloji Xidmətə istinadən məlumat verir.
Palçıq vulkanının püskürməsinin dərinliyi 3 kilometr olub. Püskürmə 6 dəqiqə 20 saniyə davam edib.
Vulkan AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin doqquz seysmik stansiyası (vulkanətrafı) tərəfindən qeydə alınıb.