EN

Saatlıda yeni məktəbin açılışı oldu

Saatlı rayonunda 360 şagird yerlik yeni məktəb binası şagird və müəllimlərin ixtiyarına verilib.
Saatlı rayonu Günəşli kənd F. Nemanzadə adına ümumi orta məktəbin yeni inşa olunmuş binasının açılış tədbiri keçirilib.
Tədbirdə Heydər Əliyev Fondunun əməkdaşı Məhəmməd Abdullayev, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev, kəndin ziyalısı şəhid Adil Çoxayevin qardaşı İsmayıl Çoxayev, məktəbin müəllim-şagird kollektivi və valideynlər iştirak ediblər.
Açılış mərasimində bildirilib ki, yarandığı gündən təhsil sahəsinə xüsusi həssaslıqla yanaşan, bu sahənin inkişafını fəaliyyətinin prioritet istiqaməti elan edən Heydər Əliyev Fondu “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək” kimi proqramları icra edərək, ölkəmizdə bu sahəyə öz dəstəyini göstərir.
Günəşli kənd Ömər Faiq Nemanzadə adına ümumi orta məktəbi 1994-cü ildə ibtidai məktəb kimi fəaliyyətə başlayib. Ötən müddətdə bina istifadəyə yararsız vəziyyətə düşdüyündən yeni məktəb binasının inşasına ehtiyac yaranmışdır. Heydər Əliyev Fondunun təhsil sahəsindəki daha bir layihəsi də məhz bu səbəbdən Saatlı rayonunu əhatə edib.
Yeni məktəb binası 3 mərtəbəlidir və 4 korpusdan ibarətdir. Məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə tam təchiz edilib. Məktəbdə 17 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika otağı, hərbi təlim otağı, tibb otağı, əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt zalı, idman zalı və açıq idman meydançası yaradılıb. Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb.
Chosen
28
xalq.az

1Sources