Türkiyə son illərdəki uğurlu performansı ilə dünyanın ən böyük PUA-SPUA (Pilotsuz Uçuş Aparatı-Silahlı Pilotsuz Uçuş Aparatı) təchizatçısı oldu.
ABŞ mərkəzli Yeni Amerika Təhlükəsizlik Mərkəzi (CNAS) hərbi SPUA-PUA-ların qlobal bazarını araşdıran bir hesabat yayımladı.
Moli Kempıl (Molly Campbell) tərəfindən hazırlanan hesabatda bildirilir ki, Çin, Türkiyə və İranın aşağı maliyyətli hərbi dronlar inkişaf etdirməsindən sonra İsrail və ABŞ-ın dron bazarındakı hakimiyyəti sona çatıb.
2018-ci ildən bəri Çin, Türkiyə və ABŞ ümumilikdə 40 fərqli ölkəyə 69 silahlı hərbi PUA satışı həyata keçirib.
Bu satışların 65 faizini Türkiyə reallaşdırarkən, Çin 26 faiz, ABŞ isə yalnız 8 faiz satış edə bilib.
2022-ci ildÉ™ 6 yeni ölkÉ™ PUA-SPUA tÉ™darük edib vÉ™ onların hamısı Baykar tÉ™rÉ™findÉ™n istehsal edilÉ™n “Bayraktar TB2”lÉ™r olub.
Çinin hərbi dron satışları 2014-cü ildə zirvəyə çatdığı halda 2021-ci ilə gəldikdə Türkiyə Çini ötərək dünyanın ən böyük təchizatçısına çevrilib.
Hesabata görə, Liviyada, Dağlıq Qarabağda və Ukraynada döyüş meydanlarında əldə edilən performans və bu uğurların mətbuatda əks-səda olunması Türkiyə hərbi dronlarını zirvəyə daşıyıb.