EN

Diplomatik korpusun nümayəndələri Xudavəng monastır kompleksində olublar

Azərbaycandakı diplomatik korpusun nümayəndələri Kəlbəcər rayonundakı Xudavəng monastır kompleksində olublar.

Diplomatlara abidə haqqında ətraflı məlumat verilib.

İşğal dövründə erməni apostol kilsəsinin dəstəyi və Ermənistan dövlətinin vəsaiti hesabına monastırda “bərpa” adı altında qanunsuz işlər həyata keçirilib.

Kompleksə daxil olan Arzu-Xatun, Böyük Həsən kilsələrinin və digər tikililərin tarixini təhrif etmək məqsədilə onların xarici görünüşündə dəyişikliklər edilib. Torpaqlarımız işğaldan azad edildikdən sonra monastırda qalan erməni keşiş və rahibləri əcnəbi mütəxəssislərin iştirakı ilə qədim freskaları xüsusi üsulla söküb qanunsuz olaraq Azərbaycan Respublikasının ərazisindən çıxarıblar.

Chosen
11
1
tribunainfo.az

8Sources