EN

"Kapital Bank"ın Quba-Xaçmaz bölgəsi üzrə Əlaqə mərkəzi istifadəyə verildi

Ölkənin ən böyük işəgötürən maliyyə qurumlarından biri olan "Kapital Bank" ASC-nin Quba-Xaçmaz bölgəsi üzrə Əlaqə mərkəzi istifadəyə verilib.

Quba və Xaçmaz şəhərlərində fəaliyyət göstərən mərkəz müştəri müraciətlərinin daha tez və effektiv araşdırılmasına və cavablandırılmasına xidmət edəcək.

Belə ki, "Kapital Bank"ın "Quba" və "Xaçmaz" filiallarının dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Dövlət Pedoqoji Universitetinin "Quba" filialı ilə qurulan əməkdaşlıq, eləcə də “Karyera Marafonu 2022” layihəsindən 1400-ə yaxın namizədin CV-ləri araşdırılıb. Dəyərləndirmə nəticəsində 700 nəfər namizədlə onlayn müsahibə keçirilib. Bu mərhələni uğurla keçən 74 nəfər imtahana cəlb olunub. Nəticələri ilə fərqlənən 26 namizəd təcrübə proqramında iştirak etmək şansı qazanıb.

Mərkəzin yaradılmasında məqsəd müştəri müraciətlərinin effektiv araşdırılması ilə yanaşı Quba-Xaçmaz regionunda yaşayan gənclər üçün yeni iş imkanları yaratmaqdır. Daha öncə Gəncə şəhərində icra edilən layihə qısa müddətdə uğurlu nəticələr göstərib. Bu səbəbdən də layihənin davamlı olması planlaşdırılır.

Ölkənin I bankı olan "Kapital Bank" "PAŞA Holdinq" MMC-yə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və yaxud Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, "Birbank" kartı sifarişi üçün — https://kbl.az/prcrc.

Chosen
25
32
bakivaxti.az

10Sources