EN

Hindistan Azərbaycan xam neft alışını dayandırıb

Azərbaycan 2024-cü ilin ilk səkkiz ayında Hindistana 1 milyon 29.5 min tonluq xam neft satıb.

Banker.az bunu Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir.

Xam neftin ixracının dəyəri isə $646.77 mln.-dan çox olub. Beləliklə, neftin ixrac miqdarı 8.3%, dəyəri isə 3.0% azalıb.

İxrac edilmiş xam neftin bir tonu keçən ilin ilk səkkiz ayında 593.79 dollara satıldığı halda, cari ildə bu rəqəm 628.21 dollara yüksəlib. Təqribən bir barel bu il ortalama 83 dollardan baha olub.

Azərbaycan cari ilin ilk səkkiz ayında xaricə ümumilikdə  16 milyon 475.8 min tonluq xam neft ixrac edilib və bunun da $10.31 mlrd. olub. Xam neftin bir tonu ötən ilin analoji dövründə 607.09 dollar olduğu halda, bu il  625.65 dollar olub.

Chosen
133
2
banker.az

4Sources